24 
Avq
2023
22:53
347

Mixeil Saakaşvili: “Putinin Priqojini öldürməsi o deməkdir ki, tezliklə Rusiya vətəndaş müharibəsinin açıq mərhələsinə qədəm qoyacaq”

“Putinin Priqojini öldürməsi o deməkdir ki, tezliklə Rusiya vətəndaş müharibəsinin açıq mərhələsinə qədəm qoyacaq”

InterPress.ge xəbər verir ki,Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Vaqner” qruplaşmasının lideri Priqojinin öldürülməsinə belə reaksiya verib.

"Putinin Priqojini öldürməsi o deməkdir ki, çox yaxında Rusiya vətəndaş müharibəsinin açıq mərhələsinə qədəm qoyacaq. Bu, qarşıdakı həftələrin və ayların hekayəsidir. Putin Priqojini öldürməsəydi, rusların fikrincə, yaxın həftələrdə Putinin işi bitəcəkdi.

Bu qətllə Putin öz varlığını bir az da uzadıb, lakin yaxın zamanda  təkcə Putinin deyil, həm də Rusiya dövlətinin sonu çatacaq – Mixeil Saakaşvili bildirib.
 

 

Bizimlə əlaqə saxlayın