24 
Avq
2023
12:52
339

Bir sıra qeyri-hökumət təşkilatları "Regional gənclər şəbəkəsi Borjomi 2023" çərçivəsində Borjomiyə yola düşüblər

Bir sıra qeyri-hökumət təşkilatları "Regional gənclər şəbəkəsi Borjomi 2023" çərçivəsində Borjomiyə yola düşüblər.

InterPress.ge xəbər verir ki, düşərgə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Düşərgədən öncə Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.

GAİM-in icraçı direktoru Murad Muradov bildirib ki, Borjomidə 3 gün baş tutacaq düşərgə çərçivəsində gənclər üçün bir sıra mühüm təlimlər nəzərdə tutulub: "Biz bu gün səhər saatlarında bölgəmizdən və paytaxtdan olan bir sıra QHT-ləri və onların fəal gənclərini Borjomidə tərəfimizdən təməli qoyulan 'Regional gənclər şəbəkəsi Borjomi 2023' ətrafında bir araya topladıq və ümüd edirəm ki, Borjomidə gənclər çox faydalı təlimlərdən bilgilər əldə edəcəklər. Məqsədimiz bölgədə gənclər arasında güclü şəbəkənin qurulması və inkişafıdır".

"Regional gənclər şəbəkəsi Borjomi 2023" Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər