Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın hansı hallarda Rusiyaya birləşdirilə bilinəcəyini açıqladı
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev müvəqqəti olaraq işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ideyasının hələ də nəzərdən keçirildiyini bildirib.
InterPress.ge xəbər verir ki, Medvedevin bəyanatını Rusiya mediası yayıb.
"Gürcüstanın NATO-ya daxil olması barədə hələ də danışılır. Bu ölkədə rusofobiya partlamağa başlayıb... 2008-ci ilin tarixini təkrarlamağa ehtiyac yoxdur. Biz problemləri danışıqlar masası arxasında, sülh şəraitində həll etməyə hazırıq. Ancaq narahatlıqlarımız gerçəkləşsə, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ideyası hələ də populyardır və bunun üçün yaxşı səbəblər varsa, onu həyata keçirmək olduqca mümkündür”, - Medvedev bildirib.


