22 
Avq
2023
23:53
313

Analena Berbok: “ Ukraynanın qanuni olaraq öz ölkəsini müdafiə etmək hüququ var”

Almaniyanın xarici işlər naziri Analena Berbok Ukraynaya məxsus pilotsuz təyyarələrin Rusiyanın paytaxtı Moskvaya hücumlarına münasibət bildirib. 
 

InterPress.ge xəbər verir ki, hadisə ilə bağlı o, Ukrayna tərəfinə haqq qazandırıb və bu hücumların beynəlxalq hüquq normalarına uyğun olduğunu qeyd edib.

"Rusiya Ukraynaya hücum etdi, ona görə də Ukraynanın öz ölkəsini müdafiə etmək üçün qanuni hüququ var", - Berbok bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada mülki infrastruktura, xəstəxanalara və kilsələrə dəfələrlə hücum edib.

Ona görə də “Ukrayna beynəlxalq hüquq çərçivəsində özünü müdafiə edir”- deyə nazir bildirib.

Xatırladırıq ki, son vaxtlar Moskvada dron hücumları baş verir. Son məlumata görə, bununla əlaqədar bu gün, avqustun 22-də Rusiyanın paytaxtında uçuşlara məhdudiyyətlər qoyulub.

Bizimlə əlaqə saxlayın