22 
Avq
2023
10:53
580

Saakaşvili: "Bizim üçün mümkünsüz heç nə yoxdur! Qələbə yaxındır!"

"Bizim üçün mümkünsüz heç nə yoxdur! Ən gözəl günlərimiz qabaqdadır. Qələbə yaxındır!".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkələrdə açıqlama verib.

Saakaşvili gürcü xalqını ona Gürcüstanın gələcəyini necə gördükləri barədə fikirlərini bildirməyə çağırıb.

“Bizi çox çətin proseslər gözləyir, ona görə də biz həmişəkindən daha çox bir yerdə olmalıyıq. Ölkəmiz böyük sınaqlar qarşısındadır, siz əlahəzrət gürcü xalqı olmadan bütün bunları aradan qaldırmaq və müasir Gürcüstan qurmaq mümkün deyil.

Problemlərinizi dinləməyə, ideyalarınızı, planlarınızı bölüşməyə hazıram. Biz birlikdə, hamının iştirakı ilə uğurlu Gürcüstan qurmalıyıq ki, oradan mühacirətə qaçmasınlar, əksinə, soydaşlarımız daha yaxşı gələcək üçün öz vətənlərinə qayıtsınlar.

Bir çox istedadlı və uğurlu vətəndaşlar bu gün susurlar. Sizə müraciət etmək istəyirəm: hər kəsin fikri önəmlidir, Gürcüstanın necə dövlətə çevrilməli olduğu barədə fikirlərinizi bildirin.

Bu gün mən Putinin əsirliyindəyəm, amma məqsədim dəyişməz olaraq qalır.

Bizim üçün mümkünsüz heç nə yoxdur! Ən gözəl günlərimiz qabaqdadır. Qələbə yaxındır!”, - deyə Saakaşvili vətəndaşlara müraciət edib.

Bizimlə əlaqə saxlayın