“VMH”ın üzvü Mixeil Saakaşvilinin adından əhali ilə görüşlərə başlayır
“Vahid Milli Hərəkat”ın üzvü Sopo Caparidze Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin adından əhali ilə görüşlərə başlayır.
lnterpress.ge xəbər verir ki, bu barədə “Vivamed” klinikasında Sopo Caparidze məlumat verib.
Onun sözlərinə görə, kampaniya simvolik olaraq Batumidən başlayacaq və ölkə boyu görüşlər keçirəcək.
Caparidzenin qeyd etdiyinə görə, Mixeil Saakaşvili əhalinin yazılı fikirləri ilə tanış olacaq.
“Bizim üçün həmrəy olmaq və həlledici döyüşə birlikdə düzgün hazırlaşmaq həmişəkindən daha vacibdir. Mixail Saakaşvili bura gəlməklə və bu fədakarlığı ilə bizə ən yüksək vətənpərvərlik standartını göstərdi. Səhhəti çox ağır olsa da, buradan, bu dörd divardan vətəninin xilası üçün mübarizəni davam etdirir. Onun döyüş ruhu çox yüksəkdir və o, ölkənin azadlığı, vətənin xilası üçün mütləq sona qədər mübarizə aparacaqdır.
Sabahdan etibarən çox böyük bir kampaniyaya başlayıram. Mən Mixeil Saakaşvilinin adı ilə ölkənin hər yerinə, ölkənin bütün guşələrinə gələcəm. Mən sizin hamınızı dinləyəcəyəm, bu ən çətin siyasi prosesləri idarə etmək baxımından hər birinizin problemlərini, fikirlərini dinləyəcəyəm. Siz bu çox çətin prosesin iştirakçısı olmalısınız, nəinki iştirakçıları, həm də prosesin yaradıcıları olmalısınız ki, biz tezliklə qələbəni birlikdə qeyd edək. Qələbə həmişəki kimi yaxındır. Mixail Saakaşvili hamını dinləməyə, hamının fikrini eşitməyə hazırdır. O, nəinki hazırdır, hətta sizinlə qələbəyə aparacaq bu siyasi prosesləri yaratmağa çox həvəslidir. Qələbə qaçılmazdır.
Sizə söz verirəm, hər birinizin yazılı fikri birbaşa Mixail Saakaşviliyə gedəcək və biz birlikdə qələbə üçün çox gözəl düstur yaradacağıq ki, bu da bizi tezliklə qələbəyə aparacaq” - deyə Caparidze bildirib.
Bu, Mixail Saakaşvilinin özünün də iştirak etdiyi seçkiqabağı kampaniyanın başlanması deməkdirmi sualına Sofo Caparidze qeyd edib ki, bunu belə demək olar.
“Bəli, hətta bunu seçki kampaniyasının başlanğıcı adlandıraq. Bu, qələbə kampaniyasının başlanması deməkdir”, - deyə o, qeyd edib.


