Almaniyanın “Lufthansa” aviaşirkətinin törəmə şirkəti olan Eurowings Tbilisi ilə Berlin arasında birbaşa uçuşlara başlayacaq.
InterPress.ge xəbər verir ki, "Aero Rautz"un məlumatına görə, "Lufthansa"nın aşağı büdcəli [aşağı qiymətli] törəmə şirkəti "Eurowings" 2023-cü ilin sonuna kimi Almaniya və Gürcüstan paytaxtları arasında birbaşa hava hərəkətinə başlamağı planlaşdırır və uçuşları hər həftə bazar ertəsi həyata keçirəcək.
Berlin-Tbilisi biletləri artıq "Eurowings" səhifəsində satışdadır. Dekabrın 18-də uçuş üçün ən ucuz bilet 180 avro, ən bahalı bilet isə 330 avrodur.
