Ukraynalı pilotlar artıq F-16 təyyarələrində təlimlərə başlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov bildirib.
Onun sözlərinə görə, minimum təlim müddəti 6 aydır.
Nazir bildirib ki, təlimlərdə pilotlarla yanaşı, müəyyən sayda mühəndis-texniki işçi də iştirak edəcək.
"Təlim formasında bu hazırlıq dövrü təyyarələri nə vaxt və ən əsası neçə ədəd birbaşa qəbul edəcəyimizi başa düşmək üçün layihənin davam etdirilməsinə sərf olunacaq"- Reznikov bildirib.
Qeyd edək ki, 11 tərəfdaş ölkə Ukrayna ilə birlikdə ukraynalı pilotların F-16 döyüş təyyarələrində təlim keçmək şərtlərini müəyyən edən memorandum imzalayıb.
