“ ABŞ pilotların təlimindən sonra F-16 təyyarələrini Ukraynaya təhvil verməyə hazır olacaq”
ABŞ pilotların təlimindən sonra F-16 təyyarələrini Ukraynaya təhvil verməyə hazırdır.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib.
“ABŞ-ın dövlət katibi Entoni Blinkenin avropalı həmkarlarına ünvanladığı məktubda bildirmişdik ki, pilotların təlimi başa çatdıqdan sonra Konqreslə məsləhətləşmələr nəticəsində F-16 qırıcılarının üçüncü ölkələrdən Ukraynaya təhvil verilməsini təsdiqləməyə hazır olacaq”, - deyə Sallivan bildirib.
Qeyd edək ki, F-16 təyyarələri Ukraynaya Danimarka və Hollandiyadan gətiriləcək.
Məlumat üçün bildirək ki, indiyədək Danimarkanın xarici işlər naziri Lars Lioke Rasmussen ukraynalı pilotların təlimini başa vurduqdan sonra Danimarkanın ABŞ-dan F-16 təyyarələrini Ukraynaya ötürmək hüququnu aldığını bildirmişdi. Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra da ABŞ-ın qərarını alqışlayıb.


