18 
Avq
2023
17:57
240

Qiqa Bokeria: “Bizim problemimiz Rusiyanın təcrid olunmasına paralel olaraq milli maraqlarımıza layiqincə xidmət edəcək hökumətin olmamasıdır”

" Bizim problemimiz odur ki, Rusiyanın təcrid olunmasına paralel olaraq, bizim milli maraqlarımızdan lazımınca yararlanacaq hökumətimiz yoxdur”.

InterPress.ge xəbər verir ki, Qiqa Bokeria  Gürcüstan və Ukraynanın işğal olunmuş ərazilərində verilmiş pasportlara malik vətəndaşların Şengen vizasından istifadə edə bilməyəcəkləri qərarına belə münasibət bildirib.

 Bokeria qeyd edib ki, bu məntiqli  və bir o qədərdə gecikmiş qərardır.

Onun sözlərinə görə, İsveçrə bu qərarla Aİ ölkələrinə qoşulub.

“Ümumiyyətlə, bu, azad dünyanın şər imperiyasına, Rusiyaya gecikmiş, lakin düzgün reaksiyasının bir hissəsidir”. Azad dünya və onun qonşuları üçün təhlükəyə çevrilməzdən əvvəl o, təcrid olunmalıdır.
Bizim problemimiz odur ki, bu prosesdə Gürcüstanın təhlükəsiz, inteqrasiya olunmuş, NATO üzvü və Avropa İttifaqına yaxın bir ölkə olması üçün milli maraqlarımızdan lazımi şəkildə yararlanacaq hökumətimiz yoxdur”, -deyə  " Avropa Gürcüstanın" sədri bildirib.

Bizimlə əlaqə saxlayın