Tbilisidə BMT binası qarşısında aksiya keçirildi -FOTO
Bu gün paytaxt Tbilisidə BMT binası qarşısında etiraz aksiyası keçirilib.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Ermənistan tərəfinin cinayətkar kimi cəzalandırılmasını tələb ediblər.
Sözügedən aksiya ilə bağlı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov açıqlama verib.
"Bildiyiniz kimi, Azərbaycanı narahat edən məsələlər hər zaman Gürcüstan azərbaycanlılarını da narahat edib. Biz burada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən vurulmuş ekoloji ziyana görə Ermənistan Respublikasının cəzalandırılmasını tələb edirik. Bildiyiniz kimi, Azərbaycanın 65 min hektardan çox meşəsi məhv edilib, təbii sərvətlərinə ziyan vurulub, təbii sərvətləri olan çayları zəhərləndirilir. Bundan əlavə, 2020-ci ildə müharibə başa çatandan sonra Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməyib. Minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyib. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanın iki əsgərinin Ermənistana əsir düşməsinin görüntüləri yayılmışdı. Ermənistan mediasında onlara necə işgəncə olunduğunun görüntüləri yayıldı. Bu faktın sübutu olduğu halda, Ermənistan tərəfi hələ də cəzalandırılmayıb", - deyə Murad Muradov bəyan edib.


