Latviya, Litva və Estoniya G7-nin “Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında” bəyannaməsinə qoşulub
Latviya, Litva və Estoniya G7-nin "Ukraynanın təhlükəsizliyinin təminatları haqqında" bəyannaməsinə qoşulub.
InterPress.ge xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaia Kallas açıqlama verib.
Kallasın sözlərinə görə, onlar Ukrayna qalib gələnə qədər onu dəstəkləməyə davam edəcəklər.
“Estoniya Litva və Latviya ilə birlikdə G7-nin Ukraynaya dəstək bəyannaməsinə qoşulur.
Biz qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz NATO və Avropa Birliyinə gedən yolda Ukraynanı dəstəkləyəcəyik”, - Estoniyanın baş naziri Kaia Kallas bildirib.
Xatırladırıq ki, G7-nin Vilnüs Sammitində Ukraynanın Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb. G7-yə üzv ölkələr uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyini təmin edəcəklərinə söz veriblər.


