17 
Avq
2023
16:15
334

İrakli Ğaribaşvili İsrailin baş naziri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

 InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Baş nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər.

Məlumata görə, tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Baş nazirin qeyd etdiyinə görə, Gürcüstan və İsrail Dövləti səmərəli əməkdaşlıq sahəsində mühüm təcrübəyə malikdir. 

İrakli Ğaribaşvili Benyamin Netanyahunu Gürcüstana dəvət edib.

Üzbəüz görüş zamanı Benyamin Netanyahu qeyd edib ki, İsrail və Gürcüstan arasında çox isti münasibətlər var.

“Cənab Baş nazir, sizi qəbul etməkdən məmnunam. İsraillə Gürcüstan arasında çox isti münasibətlər var. Xalqlarımız arasındakı əlaqə 2500, hətta bəlkə də 2600 il əvvələ gedib çıxır. Gürcüstanda yəhudi icmaları yaşayırdı. Bir çox yəhudi Gürcüstandan İsrailə köçüb. Onlar ölkələrimiz arasında canlı körpüyə çevriliblər. Gürcüstanı özüm də görmək imkanım oldu. Bilirəm ki, biz əlaqələrimizi daha da yüksək səviyyəyə qaldıra bilərik. Bir daha İsrailə xoş gəlmisiniz! Növbəti dəfə sizi Tel-Əviv və Qüdsdə gözləyirik!  " , - deyə İsrail dövlətinin baş naziri bildirib.

İrakli Qaribaşvilinin sözlərinə görə, yəhudi icması gürcü cəmiyyəti tərəfindən həmişə dostluq, tam dəstək və rahatlıq hiss edib.
 

Bizimlə əlaqə saxlayın