Tbilisidə dəmir yolu xəttinin üzərinə qaya parçaları düşüb
Bu gün səhər saatlarında Ksni küçəsi yaxınlığında, Didube-Avçala keçidində yamacdan qaya parçaları dəmir yolu xəttinin üzərinə düşüb.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları agentliyi məlumat yayıb.
Hadisə ilə əlaqədar Batumi-Tbilisi, Tbilisi-Borjomi və Tbilisi-Batumi qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırılıb.
“1-ci istiqamət üzrə yolun təmizlənməsi işləri Gürcüstan Dəmir Yollarının müvafiq xidmətləri tərəfindən operativ şəkildə aparılıb və qatarların hərəkətini vaxtında bərpa etmək mümkün olub. Hazırda 2-ci istiqamət üzrə yolun təmizlənməsi işləri aparılır. İşlər yekunlaşan kimi bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla ikinci yolda hərəkət adi qaydada bərpa olunacaq. Eyni zamanda, daşın olduğu yer də müvafiq mütəxəssislər tərəfindən yoxlanılır”, - deyə məlumatda qeyd olunub.


