15 
Avq
2023
10:51
459

Evsiz ailələrin mənzillə təmin olunması proqramı çərçivəsində artıq 79 daşınmaz əmlak alınıb

Evsiz ailələrin mənzillə təmin olunması proqramı çərçivəsində artıq 79 daşınmaz əmlak alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Paytaxt meri Kaxa Kaladze bildirib. 

Onun hökumət iclasında qeyd etdiyinə görə, hökumətin qərar layihəsi artıq hazırlanıb və əlavə 6 daşınmaz əmlak alınacaq.

“Bizim seçki vədimiz evsiz ailələri evlə təmin etmək idi. Bu, çox mühüm proqramdır və biz əhaliyə söz vermişdik ki, Tiflisdə heç bir evsiz olmayacaq. Sözügedən proqram çərçivəsində ötən ildən mənzil almağa başlamışıq. Artıq bu il 56 mənzil, 23 yaşayış evi alınıb ki, bu da ümumilikdə 79 daşınmaz əmlak deməkdir. Bundan əlavə, 6 daşınmaz əmlakın alınması ilə bağlı artıq hökumətin qərar layihəsi hazırlanıb. Sözügedən proses bütün ailələr məkandan razı qalana qədər davam edəcək”, - deyə Tbilisi meri bildirib.

Kaxa Kaladzenin sözlərinə görə, oxşar problemlərdən əziyyət çəkən vətəndaşlar ilk növbədə evsiz statusu almalıdırlar.

“Bir daha xatırlatmaq istərdik ki, sözügedən problemi olan vətəndaşlar ilk mərhələdə evsiz statusu almalıdırlar. Evsiz statusu Səhiyyə Nazirliyi tərəfindən verilir. Bundan sonra məsələ Meriyanın Səhiyyə və Sosial Xidmətində müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Bu günə kimi bizdə 400-ə yaxın evsiz ailə qeydiyyatdadır və onların hamısına yaşayış sahəsi veriləcək”, - deyə  Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər