Ukrayna kəşfiyyatı: “Rusiya yeni səfərbərlik dalğasına hazırlaşır”
Rusiya yeni hərbi səfərbərliyə hazırlaşır.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin nümayəndəsi Vadim Skibitski məlumat verib.
"Bizim qiymətləndirməmizə görə, Kreml bir neçə yüz min insanı səfərbər etməyi planlaşdırır. Məqsəd həm işğal etdiyi ərazini saxlamaq, həm də dövlətimizə hərbi təzyiqi davam etdirməkdir. Düşmənə təkcə səfərbərlik deyil, həm də öz əsgərlərinin təlimi lazımdır"- Skibitski bildirib.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, yeni səfərbərlik dalğası Putin rejimi üçün qeyri-populyar qərardır, lakin onun başqa çarəsi yoxdur.
"Təcavüzkar dövlət artıq hərbi çağırışdan yayınmaya görə cəzanı sərtləşdirən bir sıra qanun və qaydalar qəbul edib. Həmçinin Rusiyada cəbhəyə çağırış yaşı artırılıb. Yeni dəvət elektron formatda göndərilir", - Skibitski bildirib.


