14 
Avq
2023
12:31
489

II rübdə Gürcüstan ərazisində qeyri-rezident beynəlxalq səyahət edənlərin sayı artıb

2023-cü ilin ikinci rübündə Gürcüstan ərazisinə 1,7 milyon beynəlxalq qeyri-rezident səyahətçi daxil olub ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 57,4 faiz çoxdur. Gələnlərin ən böyük payı, yəni 46,4 faizi 31-50 yaşlı səyahətçilər olub.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

Qeyd olunan saydan beynəlxalq ziyarətçilərin səfərlərinin sayı 1,5 milyon nəfər təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən 58,7 faiz çoxdur.

Məlumata görə, 2023-cü ilin II rübündə beynəlxalq ziyarətçilərin sayı 1,2 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58,1 faiz çoxdur.

Ölkələrə gəlincə, 2023-cü ilin II rübündə ən çox ziyarətçi, 290,8 min nəfər Türkiyədən qeydə alınıb ki, bu da ümumi ziyarətçilərin 24,0 faizini təşkil edir. İkinci yerdə 22,1 faizlə Rusiya Federasiyası, üçüncü yerdə isə 12,4 faizlə Ermənistan qərarlaşıb. Müvafiq olaraq, ən çox səfər Türkiyə (366,1 min), Rusiya Federasiyası (320,8 min) və Ermənistan (214,6 min) vətəndaşları tərəfindən həyata keçirilib.

Ziyarətçilərin əksəriyyəti, 47,8 faizi 31-50 yaş qrupuna aiddir. Bunlardan qadınların sayı ümumi ziyarətçilərin 38,7 faizini təşkil edib.

2023-cü ilin ikinci rübündə ən çox ziyarət (51,5 faiz) istirahət və əyləncə məqsədi ilə həyata keçirilib.Səfərlərin əksəriyyəti müvafiq olaraq 709,3 min və 661,8 min ziyarətçi Tbilisi və Acarıyə edilib.


Xərc hissəsi isə, belə görünür - 2023-cü ilin II rübündə səfərlər zamanı çəkilmiş xərclər 3,4 milyard lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 49,1 faiz çoxdur. Bir ziyarət üçün orta qiymət 2022-ci ilin II rübü ilə müqayisədə 6,1 faiz azalaraq 2 292,0 lari təşkil edib.

Hesabat dövründə beynəlxalq qonaqlar tərəfindən 1,1 milyon turist səfəri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,8 faiz çoxdur. Hesabat dövründə beynəlxalq ziyarətçilərin 73,5 faizini yalnız turistlər təşkil edib.
 

Bizimlə əlaqə saxlayın