14 
Avq
2023
12:17
511

Gürcü Arzusu aralıq seçkiləri üçün namizədlərini təqdim etdi

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Qori və Kaspi majoritar seçki dairəsi üzrə deputatlığa, Qurcaani seçki dairəsi üzrə isə merliyə namizədləri təqdim edib.

InterPress.ge xəbər verir ki, oktyabrın 1-də Qori və Kaspidə majoritar, Qurcaani dairələrində isə mer aralıq seçkiləri keçiriləcək.

Kaspi majoritar seçki dairəsi üzrə Qiorqi Sosiaşvilinin, Qurcaani şəhərinin meri vəzifəsinə Qiorqi Maçavarianinin namizədliyi təqdim edilib.

 

Bizimlə əlaqə saxlayın