13 
Avq
2023
17:16
266

Mixeil Sarcveladze: “Fəlakətin miqyasını nəzərə alsaq, axtarış əməliyyatlarının nə qədər tez başa çatacağını dəqiq proqnozlaşdırmaq asan deyil”

"Fəlakətin miqyasını və ölçülərini nəzərə alsaq, axtarış əməliyyatlarının nə qədər tez başa çatacağını dəqiq proqnozlaşdırmaq asan deyil".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin İnsan hüquqları komitəsinin sədri Mixeil Sarcveladze bildirib.

Onun sözlərinə görə, ərazidə müvafiq işlərin görülməsi üçün tam resurslar səfərbər edilib.

“Əlbəttə ki, axtarış işləri tam resurslar səfərbər edilməklə aparılır, lakin miqyasını və ölçülərini nəzərə alsaq, axtarış işlərinin tam olaraq hansı zaman çərçivəsində və nə vaxt tamamlanacağını proqnozlaşdırmaq, əlbəttə ki, asan deyil. Eyni zamanda qeyd etməliyəm ki, ictimaiyyət praktiki olaraq bütün xəbərlər və bütün cari yeniliklər barədə tam məlumatlıdır”, - deyə o əlavə edib.

 

Bizimlə əlaqə saxlayın