Polşa Belarusla sərhəddə yeni hərbi dəstə yerləşdirib
Polşa Belarusla sərhəddə yeni hərbi dəstə yerləşdirib.
InterPress.ge xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
“Əməliyyatda RENGAW kod adı altında hərbi əməliyyat qrupu yaratmaq qərarına gəldim. Əsgərlərin vəzifəsi Polşa ordusuna burada, çöl şəraitində, Podlyaska Voyevodalığında təlim keçmək, həmçinin Polşa-Belarus sərhədində vəziyyət pisləşərsə, kömək etmək olacaq”, - Blaşçak bildirib.
Avqustun 12-də Polşanın müdafiə naziri ölkənin şərqində olub, burada Polşa ordusunun hərbi qulluqçuları sərhəd xidmətinə əməliyyatlarda köməklik göstərir.
“Bu hərbi əməliyyat qrupunun mahiyyəti təlim və özünümüdafiədir. Sərhəd xidmətinin rəhbərliyi ilə bizdə GRYF əməliyyatı var, onun məqsədi sərhədi bağlamaq və möhkəmləndirməkdir. Bu əməliyyatda Polşa ordusunun 4 minə yaxın əsgəri iştirak edəcək”, - Blaşçak bildirib.
O qeyd edib ki, Polşanın öz sərhədlərini möhkəmləndirməsindən Kremlin təbliğat aparatı istifadə edəcək.
“Bu hərbi əməliyyat qrupunun mahiyyəti təlim və özünümüdafiədir. Kremlin Polşa ordusunun sərhəddə cəmləşdiyini söyləyən təbliğatını eşidəndə bunu xatırlayın. Bu doğrudur, lakin Polşa ordusu işğalçının qarşısını almaq üçün toplaşır. Müxtəlif dezinformasiyalara baxmayaraq, belədir və belə də olacaq”, - Blaşçak bildirib.


