Polşada qanunsuz olaraq Almaniyaya miqrant aparan gürcü mikroavtobus sürücüsü saxlanılıb
Polşada qanunsuz olaraq 19 suriyalı miqrantı Almaniyaya aparan 22 yaşlı gürcü mikroavtobus sürücüsü saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.
Məlumata görə, Polşada Milli Gəlirlər İdarəsinin patrulu Olsova şossesində mikroavtobusa baxış keçirərkən Slovakiyadan Almaniyaya qeyri-qanuni keçməyi planlaşdıran daha bir qrup mühacir aşkarlayıb.
Polşa Sərhəd Mühafizəsi Departamentinin nümayəndəsinin sözlərinə görə, avtobus sərnişinlərində Slovakiyada olduqlarını təsdiq edən sənədlər olub, lakin onların Polşaya daxil olmaq hüququnu təsdiq edən sənədləri olmayıb.
Gürcüstan əsilli mikroavtobus sürücüsü sərhədi qanunsuz keçmənin təşkilinə yardım etməkdə ittiham olunur. Bu əməlinə görə onu 3 aydan 5 ilə qədər həbs gözləyir.
Gürcü barəsində həbs-qətimkan tədbiri seçilib. O, özünü təqsirli hesab etməyib.


