10 
Avq
2023
11:40
2631

Gürcüstanda yüksək hava temperaturu bu tarixədək davam edəcək

Gürcüstanda yüksək hava temperaturu avqustun 19-dək davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava məlumat verib.

Onun sözlərinə görə, avqustun 16-17-də bir az yağış yağa bilər, lakin bu, havanın maksimal temperaturuna təsir etməyəcək.

“Avqustun 14-dək Şərqi Gürcüstanda havanın temperaturu 34-39 dərəcə arasında olacaq. Avqustun 15-16-da istilər davam edəcək, lakin havanın maksimal temperaturu 1-3 dərəcə aşağı enəcək.

Qərbi Gürcüstanda temperatur dəyişir, nisbətən sərin və rütubətli hava kütlələri hərəkət edir, ancaq sinotiv təxminən 38 - 40 dərəcə olduğu hissi yaradır.  Bu vəziyyət avqustun 19-dək davam edəcək. Avqustun 19-dək havanın maksimal temperaturunun enməsi gözlənilmir.

Paytaxtda havanın əsasən yağıntısız və isti keçəcəyi gözlənilir. Üçüncü gündür ki, maksimum temperatur - 39 dərəcə qeydə alınır ki, bu növbəti günlərdə də dəyişməyəcək. Avqustun 12-dən 14-dək 40 dərəcə isti qeydə alına bilər.

Gələn həftənin birinci yarısında havanın temperaturu yüksək olacaq. Ola bilər ki, avqustun 16-17-də azacıq yağış yağsın, lakin bu, maksimal temperatura təsir etməyəcək, həssaslıq yüksək olacaq”, - deyə Qvazava qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər