Yeni qayda tətbiq olunandan sonra neçə nəfər sürücülük vəsiqəsi əldə edib?
Praktiki sınaq imtahanının ikinci mərhələsinin tətbiqinə başlanandan 25 aprel 2022-ci il tarixindən 20 iyul 2023-cü il tarixədək real yol hərəkətində 37 065 nəfərdən 22 360 nəfəri sınaq imtahanından keçib, 14 705 nəfər isə mənfi qiymət alıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən ictimaiyyət tərəfindən sorğulanan məlumatlara cavab olaraq bildirilib.
Məlumata əsasən, 20 iyul 2023-cü il tarixə “B” kateqoriyalı avtonəqliyyat vasitəsini idarəetmə hüququ üzrə praktiki sınaq imtahanının ikinci mərhələsinin nəticəsi ilə əlaqədar xidmət orqanının nəzdindəki sınaqlarla bağlı iddialara baxılması komissiyasına 116 iddia ərizəsi daxil olub onlardan 22-si təmin edilib.
Xatırladaq ki, 2022-ci il aprelin 25-dən “B” və “BE” kateqoriyalı avtonəqliyyat vasitələrini idarəetmə hüququ üzrə qəbul imtahanının təcrübi hissəsi ikimərhələli olub. Dəyişikliyə əsasən, qapalı sahədə xüsusi manevrlərdən uğurla keçdikdən sonra sürücü namizədi ikinci mərhələdə - real yol şəraitində sınaqdan keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün Rustavi, Qori, Telavi, Poti, Axaltsixe, Kutaisi, Saçxeri, Ozurqeti və Batumi ofislərində praktiki imtahan vermək mümkündür.


