09 
Avq
2023
12:58
315

Paata Mancqaladze: “Gürcü arzusu” sussa və heç nə danışmasa, ölkə böyük ehtimalla namizəd statusu alacaq

"Gürcüstanın namizəd statusu alması üçün əsas məsələ İrakli Ğaribaşvilinin Avropa arenasında mümkün qədər az görünməsi və İrakli Kobaxidzeyə çox danışmaq imkanı verilməməsidir - “Gürcü arzusu” sussa və heç nə danışmasa, ölkə böyük ehtimalla namizəd statusu alacaq".

InterPress.ge xəbər verir ki, bu sözləri "Strategiya Aqmaşenebeli"nin müavini Paata Mancqaladze jurnalistlərə müsahibəsində bildirib.

“Təbii ki, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusuna ehtiyacı var. Hökumətin status alması üçün heç nə etməməsi də göz qabağındadır - Avropa komissarı 12 tövsiyədən üçünün həyata keçirildiyini bildirib. Bir ölkəyə statusun verilməsinin səbəblərindən biri regiondakı geosiyasi vəziyyət və genişlənmə marağıdır. İndi əsas odur ki, “Gürcü arzusu” bu qərara mane olmasın. Rus povestini yayan İrakli Ğaribaşvilidir və o, nə qədər az danışsa, status almaq şansımız bir o qədər çox olar”, - deyə Mancqaladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər