06 
Avq
2023
20:41
327

6 avqust  tarixində Marneulidə "Yunan-Roma güləşi üzrə Marneuli açıq Birinciliyi" keçirilib

6 avqust  tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneulidə Yunan-Roma güləşi üzrə Marneuli açıq Birinciliyi keçirilib.

InterPress.ge xəbər verir ki, yarışın təşkil olunmasında məqsəd, bölgəmizə Yunan-Roma güləşinin inkişafı və təbliğ olunması olub.

Tədbiri GAİM rəhbəri Murad Muradov açıq elan edib və Gürcüstanda yaşanan təbii fəlakət, torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yarışda ümumilikdə 6 komanda yarışıb.

1. GAIM komandası

2. Sadaxlı komandası   

3. Araflo komandası  

4. Tbilisi komandası  

5. Qızılhacılı komandası 

6. Siğnaği komandası

Qalib komandalar isə  1. GAİM komandası 2. Sadaxlı komandası 3. Signagi komandası olub.

Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunublar.

Yarışın təşkilində Melody şirniyyat evi, Aktual Media, və ADİK klinikası dəstək göstərib.

Bizimlə əlaqə saxlayın