Petre Çisqarişvili : " Şovi faciəsi ilə bağlı araşdırma başlamalıdır, lakin müstəqil istintaq qurumu tərəfindən"
Bu faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı vermək istərdim, Şovi faciəsi bütün Gürcüstaı kədərləndirdi - Şovi faciəsi ilə bağlı araşdırma başlanmalıdır, amma bu “Rus Arzusu” tərəfindən deyil , həqiqəti üzə çıxaracaq və bütün suallara obyektiv cavab verəcək müstəqil istintaq qurumu tərəfindən aparılmalıdır “
InterPress.ge xəbər verir ki, bu sözləri Vahid Milli Hərəkat”ın baş katibi Petre Çisqarişvili bildirib.
Onun sözlərinə görə, indiki hakimiyyət özünü doğrultmaq üçün hər şeyi edir.
“İlk növbədə, bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün Gürcüstana başsağlığı verməyə bilmərəm, çünki bu faciə hamımızı dərindən kədərləndirdi, amma daha da pisi odur ki, indiki hökumət - özünü təsdiq etmək üçün hər şeyi etməyə çalışır. Onlar bu faciəni, təbii fəlakət qurbanlarını xilas etmək, onlara kömək etmək, hətta faciənin qarşısını almaq haqqında düşünmürlər, ancaq piar üzərində düşünürlər və özlərini əllərindən heç bir şey gəlmirmiş kimi təqdim edirdilər. Təbii fəlakət yerində “Rus arzusu”nun rəhbərliyi bir anda peyda oldu. Onlar xilasetmə işlərini lüğətlərindən tamamilə çıxarıb yalnız axtarış işlərindən danışırdılar. Onlar heç bir tədbir görmədi və bu onların laqeydsizliklərindən və fəaliyyətsizliyindən xəbər verir.
Dəlillər də var ki, 3 il bundan əvvəl bu adamlar deyirdilər ki, burada sel ola bilər, ancaq bu yaranacaq problemə əhəmiyyət verilmədi və kotteclərin olduğu istqamətdə işlər aparılmadı. Təbii fəlakətlər hər yerdə baş verir , lakin vicdanlı hökuməti olan dövlətlərdə insanlar təbii fəlakətlərdən qorunur, minimum olaraq əvvəlcədən xəbərdarlıq və evakuasiya işləri aparılır. Əgər faciəni 4-5 dəqiqə əvvəl bilsəydilər, insanlar çıxıb ailələrini xilas edə bilərdilər” – deyə Çisqarişvili bildirib.


