Zaxarova: "Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyaya qarşı“sifarişli təxribatların” əleyhinədir"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Batumidə Rusiya kruiz gəmisinə etiraza cavab verib.
InterPress.ge xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Gürcüstan vətəndaşlarının əksəriyyəti “radikal gürcü müxalifətinin təşkil etdiyi “Rusiyaya qarşı sifarişli təxribatları” dəstəkləmir.
"Bu aksiyanın ölkə daxilində heç bir dəstəyi olmadı. Bizə Gürcüstan vətəndaşlarından çoxlu müraciətlər daxil olur ki, onlar bu mənasız təxribatın onlar üçün qəbuledilməz olduğunu, ölkə olaraq bu insanlarla heç bir əlaqəsinin olmadığını və onlardan uzaq olduqlarını bildirirlər. -"Zaxarova qeyd edib.
Onun sözlərinə görə, bu cür hərəkətləri edən şəxslər Gürcüstan əhalisini deyil, müştəriləri təmsil edirlər.
Zaxarova deyir ki, ABŞ səfiri Kelli Deqnan “birbaşa Gürcüstan vətəndaşlarına necə yaşamağı öyrədir”.


