01 
Avq
2023
15:25
361

Baş nazir Çindən Qazaxıstana səfər edib

Baş nazir İrakli Ğaribaşvili Pekindən Qazaxıstan Respublikasına yola düşüb. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Məlumata görə, baş nazirin qarşılanma mərasimi Almatı Beynəlxalq Hava Limanında keçirilib.

“İrakli Ğaribaşvilini hava limanında Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Ermuxambet Konuspaev, Almatı şəhərinin meri vəzifəsini icra edən Alişer Abdikadirov, Qazaxıstan Respublikasının Gürcüstandakı səfiri Malik Murzalin və Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Nikoloz Laliaşvili Qazaxıstan Respublikasında qarşılayıblar",- deyə bəyanatda qeyd olunub.

Baş nazir nümayəndə heyəti ilə Qazaxıstan Respublikasındadır. Səfər çərçivəsində o, Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailovla görüşəcək.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər