ABŞ səfiri Gürcüstan və Çin arasında strateji tərəfdaşlığı haqda: "Tərəfdaşlarının kimlər olacağı Gürcüstanın öz seçimidir"
"Tərəfdaşlarının kimlər olacağı Gürcüstanın öz seçimidir. Bir çox ölkələr “Bir kəmər, bir yol” təşəbbüsü ilə razılaşmır, bir neçə ildən sonra bu təşəbbüsün digər ölkələr üçün o qədər də faydalı olmadığı ortaya çıxdı".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstan və Çin arasında strateji tərəfdaşlığı necə qiymətləndirdiyi ilə bağlı sualı cavablayıb.
“İlk növbədə, Çenqduda keçirilən Yay Universitet Oyunlarında iştirak edən bütün gürcü idmançıları təbrik etmək istərdim. Bu beynəlxalq yarışda təqdim olunan Gürcüstan bayrağı gözəl mənzərə idi. Gürcüstanla Çin arasında strateji tərəfdaşlığa gəlincə, təbii ki, bu, Gürcüstan hökumətinin seçimidir, Çinlə hansı münasibət qurmaq istəyir. Bir çox ölkələr “Bir kəmər, bir yol” təşəbbüsü ilə razılaşmır, bir neçə ildən sonra bu təşəbbüsün digər ölkələr üçün o qədər də faydalı olmadığı ortaya çıxdı. Ona görə də Gürcüstan bu təşəbbüsü öz üzərinə götürmək qərarına gəlsə, ümid edirəm ki, bu, yaxşı nəticələrə gətirib çıxaracaq. Görünürdü ki, bu səfər Gürcüstan üçün vacib idi. Onun tərəfdaşlarının kimlər olacağı Gürcüstanın öz seçimidir”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, ABŞ son 30 ildə olduğu kimi Gürcüstanın güclü dəstəkçisi olaraq qalır və Gürcüstan-ABŞ tərəfdaşlığı konkret nəticələr verir.


