31 
Iyl
2023
14:02
531

ABŞ səfiri Batumidə baş verənlərə fikir bildirdi

"Gürcü xalqı açıq şəkildə bildirdi ki, heç kim gürcülərin Gürcüstan ərazisinin 20 faizini işğal edən ölkədən gələn insanları qarşılamasını gözləməməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Batumi limanında keçirilən aksiya ilə bağlı bildirib.

“Mənim nə düşündüyüm önəmli deyil, gürcülərin Gürcüstan ərazisinin 20 faizini işğal edən, ailələri süni inzibati sərhəd xətləri ilə bölən ölkədən gələn insanları qarşılamasını heç kimin gözləməməli olduğunu açıq şəkildə bildirən gürcü xalqının nə düşündüyü önəmlidir, gürcü vətəndaşlarını həbs edən heç kim gürcülərdən bu ölkədən gələnləri, istər qurudan, istərsə də dəniz yolu ilə qarşılamasını gözləməməlidir. Fikrimcə, gürcü xalqı bunu istəmədiyini çox açıq şəkildə göstərir. Gürcülər bu hiss və etirazlarını bildirmək üçün konstitusiya ilə qorunan hüquqlarından istifadə edirlər. Buna demokratik dövlətdə icazə verilir və Gürcüstan Konstitusiyası da icazə verir”, - deyə Kelli Deqnan bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər