25 
Iyl
2020
18:06
1211

Gürcüstanda koronavirusa son yoluxmaların haradan olduğu açıqlandı

"Gürcüstanda koronavirus yeni halı 2 tibb işçisində aşkar edilib".

InterPress.ge xəbər verir ki, bu haqda yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia jurnalistlərə müsahibəsində bildirib.

Onun bildirdiyinə görə aşkar edilmiş 13 haldan 1-nin mənbəyi məlum deyil.

"Son 24 saat ərzində Gürcüstanda koronavirusun 13 yeni halı qeydə alınıb. Bununlada Gürcüstan miqyası ilə ümumi say 1117 nəfərə çatıb. Sağalanlar isə 5 nəfər artaraq 917-ə çatdı. Hal-hazırda Covid mərkəzlərdə 222 xəstə müalicə alır. 13 virus daşıyıcısından 3-nün mənbəyi Lilo bazarı, 1-i Qaçianidir, 5-i daxil edilmədir. Buradan 4-ü yük avtomobili sürücüsüdür, 1-i virus daşıyıcısı ilə təmasda olandır, 2-si isə tibb işçisidir. Birinin yoluxma mənbəyi araşdırılır. Mərkəzimizdə 39 virus daşıyıcısı var. 2-nin vəziyyəti ağırdır", - dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər