İrakli Kobaxidze Saakaşvili ilə bağlı: "Adam məhbusdur, ancaq həbsxanada da deyil, hədsiz rahatlıqdadır"
"İnanılmazdır, adam məhbusdur və hətta həbsxanada da deyil, hədsiz rahatlıqdadır - bu adam əvvəlcə elan olunmuş aclıqla, sonra elan olunmamış aclıqla özünə zərər verib".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili haqqında jurnalistlərə danışarkən deyib.
Onun sözlərinə görə, Saakaşvilinin özünə zərər verməsini təşviq edən bəyanatlar verilməməlidir.
"O, özəl klinikada son dərəcə rahatdır. Videogörüntülərdən tibb işçilərinin ona qarşı və Mixeil Saakaşvilinin onlara qarşı münasibətini görmüsünüz. Adam məhbusdur, həbsxanada olmalıdır və hətta həbsxanada deyil.
Bu adam əvvəlcə elan edilmiş aclıqla, sonra elan edilməmiş aclıqla özünə zərər vurdu, belə bir vaxtda bizə sağlamlıqla bağlı eyhamlar vermək düzgün deyil. Saakaşvilinin özünə zərər verməsini təşviq etməyən bəyanatlar verilməlidir”, - Kobaxidze bildirib.


