"Amerikada qüvvədə olan “Rus qanunu” sayəsində məlum oldu ki, “Milli Hərəkat” ölkəni qaralamaq üçün pul ödəyir" - Kobaxidze
"FARA ilə bağlı mənə birbaşa məlum oldu ki, “Milli Hərəkat”ın nümayəndələri ölkənin, Gürcüstanın sanksiyaya məruz qalması üçün pul ödəyir, bu, sadəcə olaraq, fəlakətdir".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyinin saytında dərc olunan sənədlər “Milli Hərəkat”ın vətənə xəyanət partiyası olduğunu bir daha təsdiqləyib, çünki partiyanın nümayəndələri Gürcüstana sanksiyalar tətbiq edilməsi üçün pul ödəyiblər. O, həmçinin qeyd edib ki, Gürcüstanda “Rus qanunu” adlandırılan, ancaq Amerikada qüvvədə olan qanunla gürcü cəmiyyəti “Milli Hərəkat”ın əsl üzünü bir daha görüb.
"Bu bir daha onu göstərir ki, “Milli Hərəkat” həm müharibə, həm də xəyanət partiyasıdır, onlar açıq-aşkar satqın və agentdirlər, əks halda bu, sadəcə olaraq ağlasığmazdır. Bilirsiniz ki, Amerikada “Rus qanunu” var, bu, “Fara” qanunudur və bu qanun “Milli Hərəkatın” simasını bir daha ifşa etdi.
Amerikada qüvvədə olan “Rus qanunu” sayəsində məlum oldu ki, “Milli Hərəkat” ölkəni qaralamaq üçün pul ödəyir, bu, inanılmaz hadisədir, “Rus qanunu”na görə amerikalılara bir daha təşəkkür etmək istəyirəm”, - deyə İrakli Kobaxidze bildirib.


