24 
Iyl
2023
14:13
448

Xorvatiyanın Baş naziri: "Şadam ki, Gürcüstan 12 öhdəliyi yerinə yetirir"

“Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq arzusu var. Biz bu istəkləri dəstəkləyirik”.

InterPress.ge xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə keçirdiyi brifinqdə bildirib.

Xorvatiyanın Baş naziri qeyd edib ki, Gürcüstanın Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirəcəyinə, eyni zamanda, institusional tərəqqi və Avropa İttifaqına daxil olmaq yolunda irəliləyiş görəcəyinə ümid edir.

"Bu gün biz Xorvatiya ilə Gürcüstan arasında münasibətlərin yaxşılaşdırılmasından danışdıq. Gürcüstanın Avropa perspektivinə, ölkənin NATO-ya üzv olmaq ambisiyalarına toxunduq. Həmçinin Ukraynadakı cari hadisələr, Rusiyanın təcavüzü və Gürcüstanın iqtisadi vəziyyəti haqqında danışdıq. Cənub-Şərqi Avropadakı vəziyyətə toxunduq. Xorvatiya və Gürcüstan əhalinin coğrafiyasına görə çox oxşardır. Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq arzusu var. Biz bu istəkləri dəstəkləyirik. Bildiyiniz kimi, keçən il Avropa Şurasında qərara gəldik ki, Ukrayna, Moldova və Gürcüstan bu yola qoşulacaq. Moldova və Ukrayna namizəd statusuna malikdir, Gürcüstana isə Avropa perspektivi verilib və 12 öhdəlik müəyyən edilib. Bu barədə Avropa Komissiyasının rəyində yazılıb. Şadam ki, Gürcüstan bu öhdəlikləri yerinə yetirir. Ümid edirəm ki, bu məsələni müzakirə edəcəyik, Gürcüstanda institusional tərəqqi görəcəyik və Avropa İttifaqına daxil olmaq yolunda irəliləyiş əldə edəcək”, - Xorvatiyanın Baş naziri bildirib

Bizimlə əlaqə saxlayın