Türkiyədə polis gürcü cinayət təşkilatının üzvü Quram Çixladzeni saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Onların verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin cinayət bölməsi xüsusi əməliyyat zamanı şübhəlinin yaşayış yerini müəyyən edərək onu tutub.
Türkiyə mətbuatının yazdığına görə, Canıyevin cinayət təşkilatının liderlərindən olan Çixladze Moskvada qətl və digər cinayətlərə görə İnterpolun qırmızı dairəsində axtarışa verilib.
