14 
Iyl
2023
23:54
959

Marneulidə məscid önündə gərginlik yaşanıb

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin Marneulidəki nümayəndəliyi qarşısında bir qrup inanclı müsəlmanın etirazı gərginliyə səbəb olub.

InterPress.ge xəbər verir ki, etirazçıların qeyd etdiklərinə görə, onlar vəhdət namazı qılmaq istəyiblər ancaq məscidin qapısı qəsdlə bağlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Daha sonra qərara gəlinib ki, məscidlə bağlı mövcud narahatlığın aradan qaldırılması məqsədilə imza toplanaraq aidiyyatı qurumlara müraciət olunsun.

Bizimlə əlaqə saxlayın