Səfir: "Gürcüstan lazımi islahatları həyata keçirən kimi NATO Gürcüstanı üzv kimi alqışlayacaq"
“Vilnüs sammitindən çox aydın mesaj verildi ki, Gürcüstan və Ukrayna üçün qapı açıqdır. Dəyişməyən odur ki, müttəfiqlər Gürcüstanın NATO-ya üzv olmasını istəyirlər”.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.
Onun sözlərinə görə, Gürcüstan alyansa daxil olmaq üçün lazımi islahatlar aparmalıdır.
“Gürcüstanın atacağı addımlar aydındır. Lazımi islahatlar Gürcüstanın əlindədir. Bunlar mahiyyətcə Aİ-yə üzvlük üçün tələb olunan eyni islahatlardır. Məhkəmə sisteminin təkmilləşdirilməsi, Gürcüstanın demokratik qurumlarının təkmilləşdirilməsi istiqamətində islahatların aparılması ki, Gürcüstan həm hərbi imkanlara, həm də siyasi demokratik sabitliyə malik olsun və NATO masasında otursun", - səfir qeyd edib.
Onun sözlərinə görə, müttəfiqlər, xüsusən də ABŞ bu islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləyir.
"Biz sadəcə olaraq Gürcüstan hakimiyyətinin zəruri islahatları həyata keçirmək üçün siyasi iradəsini görmək istəyirik", - səfir qeyd edib.
ABŞ səfiri Vilnüs sammitində əsas diqqətin Ukraynada davam edən müharibəyə yönəldiyini vurğulayıb.
“Vilnüsdən açıq mesa ondan ibarət idi ki, qapı Gürcüstan üçün açıqdır və müttəfiqlər Gürcüstanın üzv olmasını istəyirlər. Bu sammitdə bu mövzuya diqqət yetirilmədi, Rusiyanın Ukraynadakı müharibəsi sammitin mərkəzində idi və orada gördüklərimiz Ukrayna, Gürcüstan, Moldova, suveren ölkələrin hüquqlarını dəstəkləmək üçün müttəfiqlərin birliyi idi ki, bu ölkələr öz alyanslarını seçsinlər. Bu, fundamentaldır və Rusiyanın Gürcüstan və Ukrayna kimi ölkələrdən götürməyə çalışdığı da budur. Müttəfiqlər bunun qəbuledilməz olduğunu, bütün dövlətlərin öz ərazi bütövlüyünü müdafiə etməli və öz təhlükəsizlik alyanslarını seçə bilməli olduğunu açıq şəkildə bildirdilər. Gürcüstan NATO-ya üzv olmağı seçdi və Gürcüstan lazımi islahatları həyata keçirən kimi NATO Gürcüstanı üzv kimi alqışlayacaq", - səfir qeyd edib.


