05 
Iyl
2023
14:13
376

ATƏT Parlament Assambleyası Rusiyanı öz hərbi qüvvələrini Gürcüstanın işğal olunmuş bölgələrindən dərhal çıxarmağa çağırır

ATƏT Parlament Assambleyası Gürcüstan ərazisinin Rusiya Federasiyası tərəfindən işğalı ilə bağlı dərin narahatlığını ifadə edib və 2008-ci il avqustun 12-də Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş atəşkəs haqqında sazişin Rusiya Federasiyası tərəfindən tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

InterPress.ge xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının illik sessiyasından sonra qəbul edilmiş bəyannaməsində qeyd olunub.

Sənəddə qeyd edilib ki, məcburi köçkün və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qaytarılması zəruridir.

"Cenevrədə beynəlxalq danışıqlarda konstruktiv iştirakın zəruriliyini, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin 2021-ci il yanvar tarixli və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının icrasının zəruriliyini vurğulayırıq”, - bəyanatda deyilir.

ATƏT Parlament Assambleyası Rusiyanı öz hərbi qüvvələrini Abxaziya və Çxinvalinin işğal olunmuş bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.

"Assambleya vurğulayır ki, Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllində fəal iştirak davam etdirilməlidir”, - sənəddə deyilir.

Qətnamədə qeyd olunub ki, ATƏT Gürcüstanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş bölgələrində yaşayan əhalinin əsas azadlıqlarının və insan hüquqlarının, müxtəlif formalarda etnik mənsubiyyətin pozulması nəticəsində humanitar və insan hüquqlarının vəziyyətinin pisləşməsini qınayır.

Bizimlə əlaqə saxlayın