Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Marneulidəki futbol məktəbinin yetirmələrinə idman geyimləri hədiyyə olunub - VİDEO

614
Marneulidəki futbol məktəbinin yetirmələrinə idman geyimləri hədiyyə olunub - VİDEO
Dinləmək üçün basın

Azərbaycan Milli Məclisinin deputatları Arzu Nağıyev və Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Federasiyasının prezidenti Asif Əliyev, Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşları Marneulidə səfərdə olublar.

Azərbaycan Milli Məclisinin deputatları Arzu Nağıyev və Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Federasiyasının prezidenti Asif Əliyev, Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşları Marneulidə səfərdə olublar.

InterPress.ge xəbər verir ki, səfər çərçivəsində Marneuli rayonunun Qızılhacılı kəndindəki idman kompleksində gənc və yeniyetmə futbolçular, eləcə də onların məşqçiləri, klub rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Kaxa Koberidze və digər rəsmi şəxslər iştirak ediblər.

Marneuli şəhərinin meri Kənan Ömərov Milli Məclisin deputatlarının Qızılhacılıya səfərlərini və bu görüşü Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğının davamı kimi qiymətləndirib.

Səfir Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu görüşün keçirildiyi idman kompleksi də Azərbaycan dövlətinin başçısının tapşırığına əsasən SOCAR tərəfindən tikilərək soydaşlarımıza hədiyyə olunub.

Bildirilib ki, bu idman kompleksinin futbol meydançasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri də keçirilib. Ümummilli Lider Heydər Əliyevin yubiley tədbirləri çərçivəsində Kvemo Kartli bölgəsindəki azərbaycanlılardan ibarət futbol komandalarına yeni idman formaları və topların hədiyyə olunması da tarixi hadisədir. Bu tədbir soydaşlarımızın idmana marağının artmasında, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və sağlam böyümələrində mühüm rol oynayacaqdır.

Sonra Milli Məclisinin deputatı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Arzu Nağıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları çıxış edərək Azərbaycanda idmanın inkişafı, dövlətimizin uşaq və gənclərin sağlam böyümələri üçün həyata keçirdiyi layihələr, eləcə də Gürcüstandakı azərbaycanlıların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Sonra Kvemo Kartli bölgəsindən olan Azərbaycan idman klublarına 100 dəst idman geyimi, futbol topları və digər hədiyyələr təqdim olunub.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →