04 
Iyl
2023
09:42
260

Gürcüstan prezidenti Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ prezidenti Co Baydeni və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydeni və Amerika xalqını, dostlarımızı və tərəfdaşlarımızı Amerikanın Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Gürcüstan və ABŞ-ın ümumi azadlıq və müstəqillik dəyərləri var, bunlar 4 iyulun təmsil etdiyi prinsiplərdir”, - Salome Zurabişvili Twitter-də yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər