Saakaşvili hakimiyyətə səsləndi: "Məndən üzr istəməlisiniz"
Gürcü dövlətinin qurucusunu bu vəziyyətə saldığınıza görə Avropa Parlamentinin deputatlarından, mənim ailəmdən, məndən, vətəndaşını bu vəziyyətə gətirdiyiniz Ukrayna dövlətindən və bütün gürcülərdən üzr istəməlisiz!
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasına uzaqdan qoşulma zamanı bildirib.
O, açıqlama verərkən ayağa qalxaraq fiziki vəziyyətini nümayiş etdirib.
Onun sözlərinə görə, Gürcüstan və Ukraynaya xəyanət edənlərin hamısı ən sərt sanksiyalara məruz qalmalıdır.
“Mən demək istəyirəm ki, Ukrayna və Gürcüstana xəyanət edən hər kəs ən ağır sanksiyalarla cəzalandırılmalıdır. Mənim burada olmağım Putinin İvanişvili və onun yerli quldurları ilə birgə hazırladığı sui-qəsddir. Bu, Gürcüstan və Ukraynaya qarşı sui-qəsddir. “Qızılgül inqilabı” zamanı qorxmadım, 2008-ci il müharibəsində qorxmadım, Tiflisdə qaldım, Gürcüstanı və gürcü dövlətçiliyini xilas etdim.
Hər kəsə demək istəyirəm ki, gələcəyimizi əlimizdən alırlar, uşaqlarımızı Gürcüstanda yaşamamağa məcbur edirlər.
Belə çıxır ki, Avropa Parlamenti mənim azadlığımı tələb etdiyinə görə üzr istəməlidir. Məni bu vəziyyətə gətirdiyiniz üçün üzr istəməlisiz. Gürcü dövlətinin qurucusunu bu vəziyyətə saldığınıza görə Avropa Parlamentinin deputatlarından, mənim ailəmdən, məndən, Ukrayna dövlətindən və bütün gürcülərdən üzr istəməlisiz”, - Saakaşvili bildirib.


