Mixeil Saakaşvili: “Fiziki cəhətdən zəif ola bilərəm, amma daxilimdə çox güclüyəm"
“Fiziki cəhətdən zəif ola bilərəm, amma daxilimdə çox güclüyəm. Mən çox möhkəm ruhdayam və çox cəsarətliyəm”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu barədə Tbilisi Şəhər Məhkəməsinin iclasında uzaqdan iştirak edərkən bildirib.
Onun sözlərinə görə, vəziyyətini nəzərə alaraq proseslərdə fəal iştirak etmək niyyətindədir.
“Mən ədliyyə naziri olanda qorxmamışam və qanuni oğrularla qarşı-qarşıya gəlmişəm; Ukraynada ən çətin vəziyyətlərdə qorxmamışam; 2008-ci ildə qorxmamışam... Biz hər cür vətəndaş qarşıdurmasının qarşısını ala, hər cür zorakılığa son qoya biləcəyik. Sağlamlığımı nəzərə alaraq proseslərdə fəal iştirak etmək niyyətindəyəm. Biz mütləq bütün maneələri dəf edə biləcəyik. Bizim vəzifəmiz başa düşmək, vətəndaş qarşıdurmasına yol verməmək, danışıqların və qanuni yolla getməyin yolunu göstərməkdir.
Mənə dəstək olan hər kəsə çox təşəkkür edirəm, birlik, güc istəyirik, güc saçmalıyıq, çünki qorxmuş, ehtiyatlı hakimiyyət zəiflik saçar”, - deyə o söyləyib.


