03 
Iyl
2023
16:10
596

Mixeil Saakaşvili Parlament sədrindən üzr tələb edir

“Avropa Parlamentinin deputatlarından, mənim ailəmdən, məndən, vətəndaşını bu vəziyyətə gətirdiyiniz Ukrayna dövlətindən və bütün gürcülərdən gürcü dövlətinin qurucusunu bu vəziyyətə saldığınıza görə üzr istəməlisiniz, Papuaşvili, mənə yaxşı bax!”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclasına uzaqdan qoşulma zamanı bildirib.

O, açıqlama verərkən ayağa qalxaraq fiziki vəziyyətini nümayiş etdirib.

Onun sözlərinə görə, Gürcüstan və Ukraynaya xəyanət edənlərin hamısı ən sərt sanksiyalara məruz qalmalıdır.

“Demək istəyirəm ki, Ukrayna və Gürcüstana xəyanət edən hər kəs ən ağır sanksiyalarla cəzalandırılmalıdır. Mənim burada olmağım Putinin İvanişvili və onun yerli quldurları ilə birgə hazırladığı sui-qəsddir. Bu, Gürcüstan və Ukraynaya qarşı sui-qəsddir. “Qızılgül inqilabı” zamanı qorxmadım, 2008-ci il müharibəsində qorxmadım, Tbilisidə qaldım, Gürcüstanı və gürcü dövlətçiliyini xilas etdim, hətta 2021-ci ildə, Gürcüstan boğulanda və bu məhkəmə şərtlərində geri qayıtdım.

Hər kəsə demək istəyirəm ki, gələcəyimizi əlimizdən alırlar, uşaqlarımızı Gürcüstanda yaşamamağa məcbur edirlər, uşaqlarımız Gürcüstanda yaşayacaq, bunu necə edəcəyimi bilirəm”, - deyə Saakaşvili bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər