03 
Iyl
2023
16:00
313

Kobaxidze: “Müasir demokratiya konsensus mədəniyyətinə əsaslanmır"

“Müasir demokratiya konsensus mədəniyyətinə əsaslanmır - müasir demokratiya konsensus mədəniyyətinə deyil, çoxluğun hakimiyyətinə əsaslanır!”.

InterPress.ge xəbər verir ki, sözügedən bəyanatı parlamentin plenar iclasında prezidentin vetosunun müzakirəsi zamanı çoxluğun lideri İrakli Kobaxidze deyib.

Kobaxidze bəyan edib ki, demokratiya öz mahiyyətində çoxluğun hakimiyyətidir və o, ictimaiyyəti bununla bağlı səriştəsiz və qeyri-sağlam bəyanatlar verməməyə çağırıb.

İrakli Kobaxidze qeyd edib ki, “bir neçə hal istisna olmaqla, səlahiyyətli əksəriyyət qaydası məmurların seçilməsi prosesinə təsir etmir”.

Onun sözlərinə görə, nəzəri cəhətdən MSK-nın nəyisə korlamaq istədiyini düşünsəniz belə, elə islahatlar aparılıb ki, MSK heç nəyi korlaya bilməz.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər