Parlamentin növbədənkənar iclası açılıb.
InterPress.ge xəbər verir ki, Prezidentin fərmanı ilə çağırılan növbədənkənar sessiyanın gündəliyinə daxil edilən məsələlər bunlardır: “Seçki Məcəlləsi” ilə bağlı Prezidentin əsaslandırılmış iradları, “Yayımlar haqqında” qanuna dəyişiklik layihəsi 3-cü oxunuşda, “Müəlliflik hüququ və qonşu hüquqlar haqqında” qanun 3-cü oxunuşda, “Sağlamlığın qorunması haqqında” qanuna dəyişiklik 3-cü oxunuşda və “Özünümüdafiə Məcəlləsi” 2-ci oxunuşda.
Növbədənkənar sessiyada Fərdi Məlumatların Mühafizəsi Xidmətinin illik hesabatı da müzakirə olunacaq.
