Mixeil Saakaşvili: "Putinin hakimiyyətdə həftələri qalıb"
"Mən Putini yaxşı tanıyıram, bu günləri müşahidə edirəm və onun bu qədər isterik olduğunu xatırlamıram”.
InterPress.ge xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yazıb.
Saakaşvilinin sözlərinə görə, yaxın vaxtlarda ukraynalılar Baxmutu qaytaracaqlar.
“Mənə aydındır ki, Putinin hakimiyyətdə həftələri qalıb. Sonra qısa bir keçid və böyük bir qarışıqlıq olacaq. Bunun nə qədər tez baş verməsi əsasən Ukraynanın döyüş meydanında irəliləyişinin davam etməsindən asılıdır.
İrəliləyiş görünür, ukraynalılar yaxın həftələrdə Baxmutu geri alacaq, sentyabrda maksimum Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaq. Krıma girmək Putinin sonu deməkdir. Baxın, Putin hakimiyyəti dövründə ilk dəfə mənim üslubumda xalqın yanına getdi. Belə böyük Rusiyada heç bir yerə risk edə bilmədilər və onu ən geridə qalmış bölgəyə - Dağıstanın Dərbəndinə gətirdilər. Bir vaxtlar qüdrətli imperator özünü belə aşağılayır, bu hər şeyi deyir”, - Saakaşvili yazıb.


