30 
Iyn
2023
15:29
261

Baş nazir: "Ərazilərimizi sülh yolu ilə işğaldan azad etmək və ölkəni birləşdirmək üçün seçdiyimiz kursu davam etdiririk"

“Biz ərazilərimizi sülh yolu ilə işğaldan azad etmək və ölkəni birləşdirmək üçün seçdiyimiz kursu davam etdiririk, ölkəmizin birləşməsi hamımızın ətrafında birləşməli olduğumuz əsas ali ideya və məqsəddir”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə bildirib.

Baş nazirin qeyd etdiyinə görə, hökumət işğal olunmuş ərazilərdə yaşayan həmvətənlərinə kömək edir.

“İşğal olunmuş ərazilərlə barışıq siyasəti - siz bizim uzunmüddətli, sabit siyasətimizdən yaxşı xəbərdarsınız. Biz seçdiyimiz kursla gedəcəyik, bu da ərazilərimizin sülh yolu ilə işğaldan azad edilməsi və ölkəmizin yenidən birləşməsidir. Ölkəmizin birləşməsi hamımızın ətrafında birləşməli olduğumuz əsas ali ideya və məqsəddir.

Çox qısa şəkildə onu da deyim ki, biz bu istiqamətdə çox işlər görürük, işğal olunmuş ərazilərdə yaşayan həmvətənlərimizə kömək edirik. Bu gün ölkədə müxalifətdən başqa heç bir ağlı başında olan vətəndaşın bundan önəmli düşünəcək şeyi yoxdur”, - deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər