İrakli Ğaribaşvili: "Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərar idi, bunu əvvəlki hakimiyyət dövründə xəyala belə gətirmək olmazdı"
“Keçən il avropalı dostlarımız tərəfindən çox böyük səhvə yol verildi, o zaman Gürcüstana status verilmədi, Moldova və Ukraynaya bonus, yəni avans olaraq verildi, baxmayaraq ki, biz bütün parametrlərdə Moldova və Ukraynanı qabaqlamışdıq və hələ də Moldova və Ukraynanı qabaqlayırıq”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatı təqdim edərkən deyib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərar idi, bunu əvvəlki hakimiyyət dövründə xəyala belə gətirmək olmazdı.
“Xarici siyasətə və bu istiqamətdə mövcud vəziyyətə gəlincə, qeyd etmək istərdim ki, şəxsən mən və xarici işlər naziri kifayət qədər fəal siyasət aparırıq. Bildiyiniz kimi, son dövr kifayət qədər gərgin keçdi. Biz tərəfdaşlarımızla bir sıra görüşlər keçirmişik, əsas prioritet ölkəmiz üçün Aİ-yə namizəd statusunun alınmasıdır. Hökumət parlamentlə birlikdə prioritetlərin yerinə yetirilməsi istiqamətində əlindən gələni etdi. Biz bu prosesdə tam iştirak etdik. Keçən il avropalı dostlarımız tərəfindən çox böyük səhvə yol verildi, o zaman Gürcüstana status verilmədi, Moldova və Ukraynaya bonus, yəni avans olaraq verildi, baxmayaraq ki, biz bütün parametrlərdə Moldova və Ukraynanı qabaqlamışdıq və hələ də Moldova və Ukraynanı qabaqlayırıq. Bunun sübutu təxminən iki ay əvvəl dərc olunmuş hesabatdır ki, orada Gürcüstan hələ də adıçəkilən hər iki ölkəni qabaqladığı görünür. Mənim üçün Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərar idi, bunu əvvəlki hakimiyyət dövründə xəyala belə gətirmək olmazdı, çünki bu, tamamilə mücərrəd, əlçatmaz bir məqsəd və xəyal idi", - deyə o söyləyib.


