Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”İrakli Kobaxidze: “USAID-in fəaliyyəti timsalında iddia etdiyimiz cinayət açıq şəkildə üzə çıxdı”İrakli Kobaxidze: “Gürcüstan və Rusiya arasında növbəti görüşlər Tbilisi və Moskvada keçirilə bilər”Avropa Parlamenti İvanişvili, Kobaxidze, Papuaşvili və Kaladzeyə qarşı sanksiyalar və viza qadağaları tələb edirGiorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”İrakli Kobaxidze: “USAID-in fəaliyyəti timsalında iddia etdiyimiz cinayət açıq şəkildə üzə çıxdı”İrakli Kobaxidze: “Gürcüstan və Rusiya arasında növbəti görüşlər Tbilisi və Moskvada keçirilə bilər”Avropa Parlamenti İvanişvili, Kobaxidze, Papuaşvili və Kaladzeyə qarşı sanksiyalar və viza qadağaları tələb edir
TVCANLI

Baş nazir: "Onkoloji diaqnozu olan bütün uşaqlar dövlətin maliyyəsi ilə xaricdə tam müalicə alacaqlar"

267
Baş nazir: "Onkoloji diaqnozu olan bütün uşaqlar dövlətin maliyyəsi ilə xaricdə tam müalicə alacaqlar"
Dinləmək üçün basın

“Uşaq yaşının onkoloji problemini həll etmək üçün layihə hazırlamışıq ki, onun çərçivəsində Gürcüstanda müasir standartlara cavab verən uşaq onkoloji mərkəzi açılana kimi onkoloji diaqnozu olan bütün uşaqlar xaricdə…

“Uşaq yaşının onkoloji problemini həll etmək üçün layihə hazırlamışıq ki, onun çərçivəsində Gürcüstanda müasir standartlara cavab verən uşaq onkoloji mərkəzi açılana kimi onkoloji diaqnozu olan bütün uşaqlar xaricdə yüksək texnologiyalı klinikalarda hərtərəfli müalicə alacaqlar, bu, dövlət tərəfindən maliyyələşdiriləcək, büdcə bu xərcləri tam ödəyəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatı təqdim edərkən bildirib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, dializ xidmətlərinə coğrafi çıxış artıb.

“Dializ xidmətlərinin coğrafi əhatəsini də artırdıq, keçən il Mestia, Kazbegi, Tianeti, Ambrolauri və Lançxutidə xidmətlər əlavə etdik. Bu gün artıq 39 müəssisədə dializ xidməti mövcuddur və daha 12 xidmət mərkəzinin əlavə edilməsi planlaşdırılır. Hökumətin bir neçə gün əvvəl verdiyi sərəncama əsasən, bahalı qaraciyər transplantasiyası əməliyyatı da vətəndaşlarımız üçün tam maliyyələşdiriləcək. Dövlət artıq sümük iliyi transplantasiyasını da maliyyələşdirir və bu proqramı genişləndirməyi planlaşdırırıq.

Tibb müəssisələrinin akkreditasiyası öhdəliyi ilə bağlı sizə demək istərdim ki, artıq qeyd etmişəm ki, keyfiyyət əsas problemlərdən biri olaraq qalır, monitorinqi təkmilləşdirmək, klinikalara daha çox kömək etmək, ümumiyyətlə, keyfiyyəti yüksəltmək lazımdır və bu, hökumətimizin əsas vəzifələrindən biridir.

Hökumət artıq tibbi-əczaçılıq fəaliyyətini daha yaxşı tənzimləyəcək qanunvericilik dəyişikliyi layihəsini parlamentə təqdim edib. Bu, çox vacibdir, mən bilirəm ki, Nazirlik və komitələr arasında fəal iş aparılıb və deyə bilərik ki, vətəndaşlarımız üçün ümumi xidmətlərin daha da təkmilləşdirilməsi variantı razılaşdırılıb”, - deyə Baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”Son xəbərlərə bax →