İrakli Kobaxidze: "Bu zibil adamlar mənə “Putinist” deməli və mən buna cavab verməməliyəm?"
"Bu zibil adamlar mənə “Putinist” deməli və mən buna cavab verməməliyəm? Mənə bunu deyirsiniz?".
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, ölkədə dinc mühitin olması müxalifətin yox, hakimiyyətin marağındadır.
“Ölkədə dinc mühitin olması istənilən hakimiyyətin subyektiv marağıdır. İstənilən seçilmiş hakimiyyət ölkəni 4 il sülh yolu ilə idarə etməkdə maraqlıdır. Bu bizim subyektiv marağımızdır. Bu sülhə imkan verməmək kimin marağındadır? Bu, təbii ki, seçki günündən radikalizmi qızışdıran müxalifətin marağındadır. Bu, onların marağıdır, bizim subyektiv mənafemiz bu ölkəni sülh yolu ilə idarə etməkdir. Bəzi həqiqətən zibil adamlar çıxıb gah rus, gah “Putinist”, gah korrupsioner adlandırırlar. Korrupsionerlərin özləri ölkənin 20%-ni Rusiya Federasiyasına verənlərdir. Bu insanlara, bu biabırçı bəyanatlara cavab lazımdır. Bu zibil adamlar mənə “Putinist” deməli və mən buna cavab verməməliyəm? Mənə bunu deyirsiniz? Konkret bir səfir bu insanlara fiziki və şifahi zorakılığın vətəndaş fəallığı olduğunu söylədi”, - İrakli Kobaxidze bildirib.


